Advertisement

Hindistan ilk dəfə Ermənistana hərbi attaşe təyin edib

Bakı. Trend:

Hindistan 10 ölkəyə hərbi attaşe göndərib, bunların arasında
Ermənistan da var.

Trend xəbər
verir ki, bu barədə “Press trust of India” nəşri mənbələrə
istinadən məlumat yayıb.

Qeyd olunub ki, Hindistan ilk dəfə hərbi attaşe təyin etdiyi
Ermənistanla artıq “Pinaka” raket buraxılış sistemləri, “Akaş”
zenit-raket kompleksi və digər silahların tədarükü barədə razılıq
əldə edib.

Nəşrin məlumatına görə, Hindistan Ermənistanla yanaşı, Polşa,
Filippin və bir sıra Afrika ölkələrinə də ilk dəfə hərbi attaşe
təyin edib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun