
Bakı. Trend:
Astarada kafedə yanğın olub.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi
məlumat yayıb.
Bildirilib ki, Astara rayonunda ümumi sahəsi 150 m² olan
birmərtəbəli kafenin dam örtüyünün yanar konstruksiyaları 10 m²
sahədə və mətbəxin lambirdən ibarət tavanı 10 m² sahədə yanıb.
Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın
yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.





























