
Bakı. Trend:
Aprelin 12-də Qırğızıstanın paytaxtı Bişkekdə bədii gimnastika
üzrə “Kelechek” adlı beynəlxalq turnir start götürəcək.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, 3 gün davam edəcək yarışda Azərbaycan
yığması da iştirak edəcək.
Xalçaya bədii gimnastika üzrə məşqçi Valentina Ukleynanın
rəhbərliyi altında gənc gimnastlar – Zəhra Cəfərova, Mədinə Abbaslı
və Şəms Müvəffəqi çıxacaqlar.
Qeyd edək ki, yarışda hakim Dilbər İbrahimova da ölkəmizi təmsil
edəcək.





























