Advertisement

“Göygöl” Dövlət Mahnı və Rəqs ansamblı Özbəkistanda ölkəmizi təmsil edib (FOTO)

Bakı. Trend:

Özbəkistanın qədim Səmərqənd şəhəri “MDB-nin mədəniyyət
paytaxtı” statusunu qəbul edib.

Trend xəbər verir ki, 1-6 aprel tarixlərində Özbəkistanın
Səmərqənd şəhərinə statusun verilməsi ilə əlaqədar keçirilən açılış
mərasimində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının
“Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı da iştirak edib.

Ölkəmizi Səmərqənd şəhərində təmsil edən kollektivin çıxışı
böyük maraqla qarşılanıb.