Advertisement

Türkiyənin Antalya vilayətində məşə yanğını olub

Bakı. Trend:

Türkiyənin Antalya vilayətində meşəlik ərazidə yanğın baş
verib.

Trend-in məlumatına görə, yanğın Kəmər rayonunda qeydə
alınıb.

Məlumata əsasən, təxminən 2 saatdan sonra yanğın nəzarət altına
alınıb, soyutma işləri davam edir. Yanğın zamanı 0,3 hektar əraziyə
ziyan dəyib.