Advertisement

Vətəndaşın övladına narkotik verilməsi ilə bağlı iddiaları qərəzlidir – DİN

Bakı. Trend:

Sosial şəbəkələrdə Lənkəran şəhərində yetkinlik yaşına çatmayan
şəxsin narkotik vasitə aludəçisi olmasını əks etdirən iddialar
yayılıb.

İddialara cavab olaraq DİN-in mətbuat xidmətinin regional
qrupundan Trend
bildirilib ki, yetkinlik yaşına çatmayan şəxsin narkotik
istifadəçisi olması ilə bağlı ananın səsləndirdiyi iddialar
əsassızdır, tibbi ekspertiza rəyi ilə təsdiqlənməyib.

2011-ci il təvəllüdlü şəxs aprelin 11-də videoblogerin iştirakı
ilə Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasında müayinədən
keçirilib. Müayinə zamanı onda hər hansı narkotik vasitə və ya
psixotrop maddənin sərxoşluğu müəyyən edilməyib.

İddia Lənkəran Şəhər Rayon Polis Şöbəsində tam və hərtərəfli
araşdırılıb. Müəyyən edilib ki, vətəndaşın bəlli şəxs tərəfindən
övladına narkotik verilməsi ilə bağlı iddiaları qərəzlidir, şəxsi
mülahizələrdir, belə hal baş verməyib.