Bakı. Trend:
Sloveniya BMT-nin Təhlükəsizlik Şurasının iclasında səsvermə
zamanı Fələstinin təşkilata daimi üzv kimi daxil olmaq müraciətini
dəstəkləyəcək.
Trend-in məlumatlna görə, bu barədə Sloveniya Mətbuat Agentliyi
Sloveniyanın Baş Nazirinin Ofisində Milli və Beynəlxalq
Təhlükəsizlik üzrə Dövlət Katibi Voyko Volka istinadən
bildirib.
“Sloveniya Fransa və Malta ilə birlikdə respublikamızın
səmimiyyətlə inandığı bu qərarı [Fələstinin BMT-yə daimi üzv kimi
daxil olmaq müraciətini] dəstəkləyəcək. Hesab edirik ki, Fələstinin
BMT-də olmasında layiqdir və təşkilatda söz sahibi olmaq hüququna
malikdir”, – deyə V.Volk bildirib.




























