
Bakı. Trend:
2024-cü ilin mart ayında Türkiyənin Muğla Dalaman Beynəlxalq
Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə
müqayisədə 1 faiz artaraq, 255 min 937 nəfər olub.
Trend xəbər verir ki, bu
barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur
Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin mart ayında hava
limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin
analoji dövrü ilə müqayisədə 5 faiz artaraq 210 min 547 nəfər,
beynəlxalq reyslər üzrə isə 12 faiz azalaraq 1 milyon 45 min 390
nəfər olub.
2024-cü ilin mart ayında hava limanının yük dövriyyəsi 2023-cü
ilin eyni dövrü ilə müqayisədə dəyişməyərək 2 min 81 ton təşkil
edib. Bununla yanaşı, 2024-cü ilin mart ayında hava limanının
daxili reyslər üzrə yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə
müqayisədə 3 faiz artaraq, 1 562 ton, beynəlxalq reyslər üzrə
dövriyyəsi isə eyni dövrlə müqayisədə 7 faiz azalaraq, 519 ton
təşkil edib.
Məlumata əsasən, hava limanından 2024-cü ilin mart ayında həyata
keçirilən uçuşların sayı 2023-cü ilin mart ayı ilə müqayisədə 12
faiz azalaraq, 3 min 624 olub. Bununla yanaşı, daxili reyslər üzrə
yerinə yetirilən uçuşların sayı 11 faiz azalaraq 3 min 224,
beynəlxalq reyslər üzrə isə 21 faiz azalaraq 400 olub.
Bu ilin mart ayında Türkiyənin bütün hava limanlarında sərnişin
daşınması 43 milyon 858 min 984 nəfər, yük dövriyyəsi isə 1 milyon
966 ton təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında
sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük dövriyyəsi isə 4
milyon 211 min 507 ton olub.





























