Advertisement

Azərbaycan və Belarus XİN başçıları ikitərəfli münasibətləri müzakirə edib (FOTO)

Bakı. Trend:

Belarus Respublikasına işgüzar səfəri zamanı Azərbaycan xarici
işlər naziri Ceyhun Bayramov
Belarusun xarici işlər naziri Sergey Aleinik ilə ikitərəfli görüş
keçirib.

Trend xəbər verir ki, bu barədə nazirliyin “X” sosial media
hesabında qeyd edilib.

Bildirilib ki, nazirlər ikitərəfli gündəlikdə duran məsələlərin
geniş spektrini və Azərbaycan, Belarus arasında strateji
tərəfdaşlığın inkişaf etdirilməsi üçün sahələri müzakirə
ediblər.

Qeyd edək ki, xarici işlər naziri Ceyhun Bayramov ötən gün
Belarus Respublikasına işgüzar səfərə yola düşüb. Səfər
çərçivəsində nazir Ceyhun Bayramovun 12 aprel tarixində Minsk
şəhərində baş tutacaq MDB Xarici İşlər Nazirləri Şurasının
iclasında iştirak və çıxışı, habelə bir sıra ikitərəfli
görüşlərinin keçirilməsi nəzərdə tutulur.