
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının
baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması
barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə
yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin
xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən
olunub ki, “Ford Transit” markalı mikroavtobus ilə “İsuzu” markalı
yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş
verib və “Ford Transit” markalı mikroavtobusun sərnişini
deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə
qalıb.
Xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin
2009-cu il təvəllüdlü Orucov Rasim Ramin oğlunu xilas edərək təcili
tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat
aparılır.

























