Advertisement

Tehranda BEM üzrə sərgi-konfrans keçiriləcək

Bakı. Trend:

27-28 may tarixlərində Tehranda bərpa olunan enerji mənbələri
(BEM) üzrə sərgi-konfrans keçiriləcək.

Trend bu
barədə “Iran Renewable Energy Conference” (Iran REC 2024)
təşkilatçısına istinadən xəbər verir.

Konfransın məqsədi BEM üzrə nailiyyət və planları,
innovasiyaları, energetika və iqtisadiyyatda transformasiyaları
müzakirə etməkdir.

Qeyd edək ki, İranın BEM üzrə hədəf göstəricisi 2026-cı ilədək
günəş enerjisi (ildə 300-dək günəşli gün), külək enerjisi və
geotermal mənbələr hesabına 10 qiqavatt enerjidir.

İran hökuməti quraşdırılmış BEM gücünü 100 qiqavattdan çox
artırmağı planlaşdırır.

Konfransda İranın enerji strukturları ilə yanaşı Almaniya Çin
nümayəndələri, Ümumdünya Külək Enerjisii Assosiasiyasının
vitse-prezidenti Cami Hüseyn, bir sıra Avropa və Asiya Beynəlxalq
Təşkilatların mütəxəssisləri məruzəçi qismində çıxış edəcəklər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun