Advertisement

Yanvar-mart aylarında Türkiyənin Qırğızıstana polad məhsulları ixracının həcmi açıqlanıb

Bakı. Trend:

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin Qırğızıstana polad
məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 40,4 faiz
azalaraq, 820,9 min dollara bərabər olub.

Trend xəbər verir ki, bu
barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən
bildiriblər.

“Bu ilin mart ayında Türkiyə Qırğızıstana 365,1 min dollar
məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin mart
ayı ilə müqayisədə 66,5 faiz azdır” – deyə nazirlikdən
bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında Türkiyənin
polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,1
faiz artaraq, 1,5 milyard dollara çatıb.

Bu ilin mart ayında Türkiyə 4 milyard dollar məbləğində polad
məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə
12,2 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023-mart 2024) Türkiyə
15,3 milyard dollar məbləğində polad məhsulları ixrac edib.