Advertisement

Bəxtiyar Həsənalızadənin baş məşqçisi istefa verib

Bakı. Trend:

Azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadənin şərəfini qoruduğu
Türkiyə 1-ci Liqa təmsilçisi “Tuzlaspor” baş məşqçisiz qalıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, klubun çalışdırıcısı Bekir İrtegün
tutduğu postdan istefa verib.

Son 2 oyunda uduzmayan İstanbul təmsilçisi hesabat turunda
səfərdə “Giresunspor”u 3:0 hesabı ilə məğlub edib. Onlar 30-cu
turda “Göztəpə”ni qəbul edəcək.

Qeyd edək ki, “Tuzlaspor” 29 turdan sonra turnir cədvəlində 31
xalla 15-cidir.