
Bakı. Trend:
Relyefin dağlıq və mürəkkəb şəraitli, havanın qarlı olmasına
baxmayaraq, sərhədçilər dövlət sərhədinin etibarlı mühafizə və
müdafiəsini həyata keçirirlər.
Bu barədə Trend Dövlət Sərhəd
Xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin diqqət və
qayğısı sayəsində Dövlət Sərhəd Xidmətinin hərbi hissə və
bölmələrində, əsasən çətinrelyefli dağlıq ərazilərdə xidmət aparan
hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyəti və döyüş ruhu
yüksəkdir:
“Bu gün sərhəddə və səngərdə xidmət aparan sərhədçilər qarşıya
qoyulan xidməti-döyüş tapşırıqlarını uğurla icra edərək, Vətən
keşiyində qürurla dayanmaqla dövlət sərhədlərinin toxunulmazlığını
təmin edirlər”.





























