
Bakı. Trend:
Naxçıvan şəhərində magistral su xəttində qəza baş verib.
Trend xəbər verir ki, qəza
Əliqulu Qəmküsar küçəsini su ilə təmin edən magistral xətdə qeydə
alınıb.
Qəzaya səbəb qaynaq birləşmələrinin uzun zamandır fəaliyyət
göstərməsi və fəaliyyət müddətini başa vurması göstərilir. Borunun
partlaması nəticəsində 2-ci və 3-cü mikrarayon ərazilərinə,
həmçinin Hacıniyyət kəndinə suyun verilişi müvəqqəti olaraq
dayandırılıb.
Hazırda Naxçıvan Sukanalizasiya İdarəsinin əməkdaşları hadisə
yerində təmir işlərinə başlayıblar.

























