Advertisement

Ordumuzun mövqeləri atəşə tutulub – Trend.Az

Bakı. Trend:

Aprelin 12-i saat 16:50 radələrində Ermənistan silahlı
qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış
məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən
rayonunun Astaf yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı
silahlardan atəşə tutub.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan
istiqamətdə adekvat cavab tədbirləri görülüb.