
Bakı. Trend:
Tacikistan Prezidenti Emoməli Rəhmon bu il mayın üçüncü
ongünlüyündə Azərbaycana dövlət səfəri etməyi planlaşdırır.
Trend xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər
Nazirliyi Azərbaycan XİN başçısı Ceyhun Bayramov və tacik həmkarı
Sirociddin Muxriddin arasında keçirilən görüşdən sonra məlumat
yayıb.
Nazirlərin görüşü Minskdə Müstəqil Dövlətlər Birliyinin Xarici
İşlər Nazirləri Şurasının (XİNŞ) iclası çərçivəsində baş tutub.
“Nazirlər həmçinin mayın ikinci ongünlüyündə Azərbaycanda
Tacikistanın mədəniyyət günləri, Tacikistan kinosu günləri və
Azərbaycan-Tacikistan biznes forumunun keçirilməsi ilə bağlı fikir
mübadiləsi aparıblar”, – deyə Tacikistan XİN-dən bildirilib.





























