Advertisement

Səbail rayonunda yarımçıq tikili yanıb (FOTO/VİDEO)

Bakı. Trend:

Bakı şəhərinin Səbail rayonu, Göyüş Qarayev küçəsində yanğın baş
verməsi barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar
telefon xəttinə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, dərhal FHN-in Dövlət
Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının
onsəkkizmərtəbəli yaşayış binasına bitişik taxta konstruksiyadan
ibarət tikilidə baş verdiyi və hər an binaya keçmə riskinin olduğu
müəyyən edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın yaşayış
binasına keçməyə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sahəsi 5m² olan taxta konstruksiyadan ibarət
yarımçıq tikili və 25m² sahədə taxta qırıntıları yanıb, binanın
fasadında 5p.m. elektrik kabelləri əriyib.

Yaşayış binası yanğından mühafizə edilib.