
Bakı. Trend:
Ermənistanın Geqarkunik ərazisində hərbçilərin olduğu “KamAZ”ın
qəzaya uğraması nəticəsində iki hərbi qulluqçu yaralanıb.
Trend xəbər verir ki, bu
barədə məlumatı “Sputnik Armeniya”ya Ermənistan Müdafiə
Nazirliyinin mətbuat katibi Aram Torosyan təsdiqləyib.
O qeyd edib ki, onların həyati təhlükəsi yoxdur.
Xatırladaq ki, aprelin 12-də Ermənistan hərbi qulluqçularının
düşdüyü yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb, 20 nəfər
yaralanıb.





























