Advertisement

Qazaxıstanda daşqınlar: 102 mindən çox insan təxliyə edilib

Bakı. Trend:

Qazaxıstanda daşqınlar başlayandan 102 mindən çox insan təxliyə
olunub.

Trend xəbər verir ki, bu
barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, daşqınlar başlayandan bəri 102 328 nəfər xilas
edilib.

Xatırladaq ki, Qazaxıstanda daşqınlar mart ayında başlayıb.
Ölkənin 8 regionunda yerli səviyyədə fövqəladə vəziyyət elan
olunub. Xilasetmə işlərinə 35 mindən çox insan, 4 min texnika və 17
təyyarə cəlb olunub.