
Bakı. Trend:
“Neftçi”nin zədəli futbolçularının durumuna aydınlıq gəlib.
Trend xəbər verir ki, klubun
mətbuat xidmətindən İdman.biz-ə verilən məlumata görə, paytaxt təmsilçisi
Azərbaycan Premyer Liqasının XXX turunun “Araz-Naxçıvan”la görüşünə
4 itki ilə çıxacaq.
Bərpa prosesi keçən Emil Balayevlə yanaşı, kəskin respirator
virus infeksiyası diaqnozu ilə müalicə alan Ömər Buludov bu matçı
buraxmalı olacaq. Dizindəki ağrılarla bağlı müalicəsi davam edən
Aqil Məmmədov və fərdi olaraq hazırlıq keçən Ataa Caber də
“Araz-Naxçıvan”la matçda meydanda ola bilməyəcək.
Qeyd edək ki, bu gün “Neftçi Arena”da keçiriləcək matç saat
19:00-da başlayacaq.





























