
Bakı. Trend:
Avstriya Xarici İşlər Nazirliyi respublika vətəndaşlarını İrana
səfərdən çəkinməyə və orada olanlar isə ölkəni tərk etməyə
çağırıb.
Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, bununla bağlı nazirlik bəyanat yayıb.
Qeyd olunub ki, bölgədəki mövcud gərgin vəziyyətlə əlaqədar
yaxın günlərdə təhlükə səviyyəsinin artması gözlənilir.
Bu səbəbdən Avstriya Hava Yolları aprelin 18-dək Tehrana
uçuşları ləğv edib.
Xatırladaq ki, bundan əvvəl Almaniya Xarici İşlər Nazirliyi öz
vətəndaşlarını İranı tərk etməyə çağırıb. Fransa Xarici İşlər
Nazirliyi həmvətənlərini Yaxın Şərqdə vəziyyətin gərginləşməsi
təhlükəsi ilə əlaqədar İran, İsrail və Livana səfərlərdən çəkinməyə
çağırıb . Sloveniya Xarici İşlər Nazirliyi də eyni şəkildə
respublika vətəndaşlarına İrana səfərdən çəkinməyi tövsiyə
edib.





























