
Bakı. Trend:
İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) cənubda Hörmüz
boğazı yaxınlığında “MCS Aries” adlı konteyner daşıyan gəmini ələ
keçirib.
Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.
Məlumata görə, SEPAH hərbi təyyarə ilə keçirdiyi əməliyyatda
gəmiyə daxil olub və hazırda gəmi İran sularına doğru hərəkət
edir.
Bildirilir ki, Portuqaliya bayrağı altında üzən gəmi israilli
investor Eyal Oferə məxsus Zodiac şirkəti tərəfindən idarə
olunurmuş.





























