Advertisement

Fransanın terrora davamlı dəstəyində əsas məqsəd: Parisin məkirli planı nədir?

Bakı. Trend:

Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini Dmitri
Medvedev bəyan edib ki, Moskvadakı terror aktının arxasında Fransa
və Makron durur. D.Medvedev kimi səlahiyyətli bir şəxsin terror
aktını Fransa ilə əlaqələndirməsi heç də təsadüfi deyil və
Rusiyanın aidiyyəti strukturlarının bunun barəsində daha dərin
məlumatları var və bu mövzuda araşdırmalar davam edir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı
Sevinc Hüseynova bildirib ki, Fransanın terrora,
separatizmə və işğalçılığa dəstək verməsi heç kimə sirr deyil.

“Azərbaycan özü uzun illərdir Fransanın bu məkirli siyasətindən
əziyyət çəkir. Fransanın tarixdə törətdiyi terror hadisələri,
müstəmləkəçilik siyasəti hər kəsə yaxşı məlumdur. Afrikada
Fransanın törətdiyi terror əməlləri, o cümlədən Fransanın iradəsinə
tabe olmayan siyasətçilərin fikizi məhv edilməsi Fransa tarixinin
qara ləkəsidir.

Erməni terroruna dəstək də Fransa siyasətinin əsas
istiqamətlərindən birini təşkil edir. “Orli qrupu”, “Erməni azadlıq
hərəkatı” kimi terror təşkilatları məhz Fransada yaradılıb və
dünyada bir çox qanlı terror hadisələri törədib. ASALA terror
təşkilatının üzvlərinin əsas sığınacaq yeri də məhz Fransa olub. II
Qarabağ müharibəsi dövründə də Fransa öz ampluasında idi.
Ermənistanın təxribatları fonunda Azərbaycanın haqlı mübarizəsi
əsasında başlamış olan Vətən müharibəsində Fransa işğalçıya,
separatizmə açıq dəstək verdi.

Təəssüflər olsun ki, Fransa terrorçuluq siyasətindən əl çəkmək
niyyətində deyil. Krokus konsert zalında bu terrorun törədilməsi
Fransanın çirkin niyyətini bir daha ortaya qoydu. Bu terror aktının
məhz Azərbaycan əsilli iş adamına məxsus zalda törədilməsi ilə
Fransa eyni zamanda Azərbaycan və Rusiya arasında əlaqələrə xələl
gətirməyə çalışdı. Fransa öz çirkin maraqları naminə günahsız
insanların qətlinə rəvac verir. Dünya ictimaiyyəti Fransanın terror
əməllərinə artıq dur deməli, Fransaya ciddi təzyiq
göstərilməlidir”, – deyə deputat bildirib.

Milli Məclisin deputatı Vüqar İskəndərov isə
Trend-ə açıqlamasında
deyib ki, dünyada müstəmləkəçi siyasəti, ayrı-ayrı regionlarda
işğalçı müharibələrin səbəbkarı kimi tanınan Fransa həm də
terrorçuluğa dəstək verir.

“Biz bunu sadəcə söz olaraq demirik. Ortada real faktlar var.
Fransa uzun illər müxtəlif terror təşkilatlarına bu və ya digər
dəstəyi ilə yaddaşlarda qalıb. Ümumiyyətlə Fransanın beynəlxalq
terrorizmlə əlaqələri yenilik deyil. Məsələn, Fransanın “Lafarge”
şirkətinə aid olan və Suriya ərazisində fəaliyyət göstərən sement
zavodunun İŞİD-lə əlaqələri bütün dünyaya məlumdur. Belə ki, iki il
əvvəl yüzlərlə yezid “Lafarge” sement istehsalçısını məhkəməyə
verərək dünyanın ən iri sement şirkətlərindən birini İŞİD terror
təşkilatını maliyyələşdirməkdə suçlamışdı. ABŞ-nin Nyu-York Federal
Məhkəməsinə təqdim edilmiş iddianamədə vurğulanırdı ki, “Lafarge”
şirkəti “İŞİD-i beynəlxalq terror aktlarına təşviq edərək bu
qruplaşma ilə sövdələşməyə girib. Onu da qeyd edək ki, məhkəmə bu
şirkəti şikayətlər əsasında cərimə etmişdi. Türkiyənin “TRT World”
kanalında hazırlanan verilişdə də bu zavodun terrorçuları
dəstəkləməsindən bəhs ediliridi”, – deyə V.İskəndərov bildirib.

Deputat qeyd edib ki, Fransa erməni terrorizminə də ən dərin və
geniş dəstək verir.

“Bunun nəticəsidir ki, erməni terror təşkilatı ASALA-nın əsas
ocaqlarından biri məhz Fransadır. Bu günlərdə isə bəlli olub ki,
Fransa terrorçuları dəstəkləməkdən artıq onlara müxtəlif terror
cinayətlərini sifariş etmək mərhələsinə keçib. Rusiya Təhlükəsizlik
Şurasının rəhbərinin müavini D.Medvedev bəyan edib ki, Moskvadakı
terror aktının arxasında Fransa və Makron durur. Əslində
D.Medvedevin dedikləri təsadüfi deyil və Rusiyanın aidiyyəti
strukturlarının bunun barəsində daha dərin məlumatları var.

Digər tərəfdən Fransa xüsusi xidmət orqanları tərəfindən
Azərbaycan əsilli iş adamlarına məxsus Krokus konsert zalında bu
terrorun törədilməsi də təsadüfi deyildi. Bununla bir tərəfdən
Rusiyada daxili qarşıdurma, dini və etnik zəmində nifaq yaratmaq,
digər tərəfdən isə Azərbaycan və Rusiya arasında əlaqələrə xələl
gətirmək məqsədi güdülüb. Hesab edirəm ki, dünya ictimaiyyəti
Fransanın bu terrorçuluq əməllərinə lazımı hüquqi qiymət verməli,
Fransa dövləti mühakimə olunmalıdır”, – deyə İskəndərov əlavə
edib.