
Bakı. Trend:
Böyük Britaniya və ABŞ metal ticarətində Rusiyaya qarşı
sanksiyaları genişləndirib.
Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər
Nazirliyinin və ABŞ Xəzinədarlığının yaydığı bəyanatda yer
alıb.
Böyük Britaniyanın maliyyə naziri Ceremi Hant bildirib ki,
Londonun Vaşinqtonla birlikdə atdığı həlledici addım Rusiya
metallarının iki ən böyük əmtəə birjasına çıxışının qarşısını
almaqla bu ölkənin hərbi sənaye kompleksini maliyyə vəsaitindən
məhrum edəcək.
Qeyd olunub ki, tətbiq olunan məhdudiyyətlər hər iki birjanın
anbarlarındakı Rusiya metallarının mövcud ehtiyatlarına şamil
edilmir, onlarla ticarət əməliyyatları hələ də aparıla bilər.





























