Advertisement

PKK-nın “məsul” şəxsi İstanbulda ƏLƏ KEÇDİ

Bakı. Trend:

PKK/KCK-nın “məsul” şəxsi İstanbulda ələ keçirilib.

Trend bu barədə türk
KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, terror təşkilatı PKK/KCK-nın “məsul” şəxsi Sərhat
G. İstanbul hava limanında saxlanılıb. Onun Fransadan İstanbula
gəldiyi bildirilir.

Qeyd edilir ki, sözügedən şəxs həmçinin, İnterpol tərəfindən
“qırmızı” bülletenlə axtarışda olub.