
Bakı. Trend:
Viktor Nelsson “Qalatasaray”da getmək qərarına gəlib.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat
yayılıb.
Danimarkalı müdafiəçi hələ ötən mövsümdə komandasını dəyişmək
arzusunda olub. Amma “Qalatasaray” rəhbərliyinin Viktoru komandada
saxlaması sonradan tərəflər arasında narazılıq yaradıb. Nelsson
klubun yeni müqavilə təklifini rədd edib. O, 2021-ci ildən İstanbul
klubunda çıxış edir.
Qeyd edək ki, 26 yaşlı futbolçu ilə “Napoli” maraqlanır.





























