Advertisement

İsrail hava hücumundan müdafiə sistemləri hazırlıq vəziyyətinə gətirilib

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələrinin müdafiə və hücum sistemləri hazır
vəziyyətdədir, onlarla təyyarə səmadadır.

Trend-in məlumatına görə, bu barədə brifinq zamanı İsrail
Müdafiə Qüvvələrinin nümayəndəsi Daniel Haqari bildirib.

O bildirib ki, ABŞ ilə sıx koordinasiya aparılır. D.Haqari qeyd
edib ki, bu həftə İsrail ordusu vəziyyəti qiymətləndirdi və İrandan
hücuma hazırlaşmaq planlarını təsdiqləyib.