Advertisement

BMT-nin Baş katibi İranın İsrailə hücumunu pisləyib

Bakı. Trend:

BMT-nin Baş katibi Antonio Quterreş İranın İsrailə hücumunu
pisləyir, hərbi əməliyyatları dərhal dayandırmağa çağırır.

Trend-in
məlumatına görə, bu barədə BMT-nin Baş katibi ofisi tərəfindən
bəyanat yayılıb.

“Mən İsrailin İran İslam Respublikası tərəfindən məruz qaldığı
genişmiqyaslı hücum şəklində ciddi eskalasiyanı qətiyyətlə
pisləyirəm. Bu hərbi əməliyyatları dərhal dayandırmağa
çağırıram.

Regionda dağıdıcı eskalasiyanın real təhlükəsindən dərin
narahatam. Mən bütün tərəfləri Yaxın Şərqdə müxtəlif cəbhələrdə
böyük hərbi qarşıdurmalara səbəb ola biləcək hər hansı hərəkətdən
qaçmaq üçün maksimum təmkinli olmağa çağırıram.

Mən dəfələrlə vurğulamışam ki, nə region, nə də dünya başqa bir
müharibəyə tab gətirə bilməz”, – bəyanatda deyilir.