Bakı. Trend:
Türkiyənin “Türk Hava Yolları” və “Pegasus” aviaşirkətləri İran,
Özbəkistan və İordaniyaya bir neçə reysləri ləğv edib.
Trend-in
məlumatına görə, bu həmin təyyarələrin qalxdığı İstanbuldakı iki
beynəlxalq hava limanının onlayn lövhəsində qeyd olunub.
Məlumata əsasən, beş uçuş ləğv olunub. Bunlar İordaniyanın
paytaxtı Əmmana iki gecə uçuşu, Özbəkistana (Səmərqənd və Buxara)
iki və Tehrana olan bir reysdir. Sonuncu reysin ləğv edilməsi İran
paytaxtının beynəlxalq hava limanının müvəqqəti olaraq mülki
təyyarələri qəbul etməməsi ilə əlaqədardır.





























