Advertisement

Azərbaycan Ordusunda gender bərabərliyi ilə bağlı seminarlar keçirilib (FOTO)

Bakı. Trend:

Müdafiə nazirinin tapşırığına əsasən, Azərbaycan Ordusunda hərbi
qulluqçuların maarifləndirilməsi, mənəvi-psixoloji hazırlığının
yüksəldilməsi və milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə
hərbi hissələrdə keçirilən görüşlər davam edir.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və
Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin nümayəndələri
tərəfindən keçirilən görüşlərdə Azərbaycan Ordusunda gender
bərabərliyinin təmin olunması, bu istiqamətdə həyata keçirilən
fəaliyyətlər, insan hüquqları və digər mövzularda seminarlar
keçirilib.

Aparılan maarifləndirmə tədbirləri çərçivəsində hərbi
qulluqçuların və mülki işçilərin fikirləri dinlənilib, maraq
doğuran suallar cavablandırılıb.