
Bakı. Trend:
Aprelin 14-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət
qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə
qrupları üzrə test imtahanı keçirilib.
DİM-dən Trend-ə bildiriblər ki, imtahan kağız daşıyıcılar
vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 10 binada təşkil olunub.
İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 506, BB qrupu üzrə 2258
olmaqla, ümumilikdə 2764 namizəd qeydiyyatdan keçib. İmtahanının
keçirilməsi üçün 10 ümumi imtahan rəhbəri, 28 imtahan rəhbəri, 239
nəzarətçi və 40 buraxılış rejimi əməkdaşı ayrılıb.
Aprelin 15-dən etibarən DİM-də imtahan protokolları və cavab
kartlarının emalı aparılacaq.
İmtahan nəticələri yaxın iki gün ərzində elan olunacaq.





























