
Bakı. Trend:
Mərkəzi Kəşfiyyat İdarəsi (CİA), Milli Kəşfiyyat Təşkilatının
(MİT) sədri İbrahim Kalının İran-İsrail münaqişəsində vasitəçi
olmasını istəyir.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, CİA-nin
direktoru Uilyam Burns MİT rəhbəri İbrahim Kalına zəng edərək,
İranın İsrailə hücumu iddiaları ilə bağlı vasitəçi olmasını
istəyib.
Telefon danışığı zamanı onlar Qəzzada atəşkəs danışıqları ilə
bağlı fikir mübadiləsi aparıblar.
Kalın amerikalı həmkarı ilə telefon danışığından sonra adı
açıqlanmayan HƏMAS rəsmiləri ilə də görüş keçirib.





























