Advertisement

İngiltərə Premyer Liqası: “Arsenal” və “Liverpul”a ağır zərbə

Bakı. Trend:

“Arsenal” və “Liverpul” çempionluq yarışında ağır zərbə
alıb.

Trend İdman.biz-ə istinadən
xəbər verir ki, hər iki komanda İngiltərə Premyer Liqasının 33-cü
turunda öz meydanında uduzub.

“Liverpul” “Kristal Pelas” 0:1, “Arsenal” isə “Aston Villa”ya
0:2 hesabı ilə məğlub olub. 71 xala malik komandalar dünən qələbə
qazanan “Mançester Siti”ni özlərindən irəli buraxıblar. Son
çempionun hesabında 73 xal var.

Günün digər matçında da qonaqlar üstün olublar. “Fulhem” “Vest
Hem”in qapısından 2 cavabsız top keçirib.