Advertisement

Yeniyetmələr arasında cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib

Bakı. Trend:

Gənclər və İdman Nazirliyi, Bakı Abadlıq Xidməti və Azərbaycan
Cüdo Federasiyasının (ACF) birgə təşkilatçılığı ilə cüdo üzrə U-13
kiçik yaşlı yeniyetmələr arasında Bakı kəndləri birinciliyi
keçirilib.

ACF-nin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, yarışa paytaxt kəndlərinin
müxtəlif klub, cəmiyyət və idman təşkilatından 400-ə yaxın cüdoçu
qatılıb.

Turnirdə qalib gələn idmançılara Bakı Abadlıq Xidməti tərəfindən
velosipedlər təqdim olunub və bütün medalçılara pul mükafatı
verilib.

Yarış Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin
İdman Sağlamlıq Mərkəzində keçirilib. Birinciliyin təşkilində əsas
məqsəd kiçik yaşlı yeniyetmələr arasında idman vasitəsilə sağlam
həyat tərzinin formalaşdırılması, Bakı kəndlərində cüdo idman
növünə marağın artırılması, cüdonun kütləvi təbliğinə və təşviqinə
nail olmaqdır.