Advertisement

Sudanda münaqişə ərzində 13 mindən çox insan həyatını itirib

Bakı. Trend:

Sudanda son bir ildə silahlı qarşıdurma zamanı 13 mindən çox
insan həlak olub, 30 mindən çox insan yaralanıb.

Trend-in məlumatına görə, bu barədə ölənin səhiyyə naziri Heysam
Məhhəməd İbrahim deyib.

“Aprelin əvvəlindən Sudanın Xartum və digər əyalətlərində gedən
döyüşlər nəticəsində 13 mindən çox insan həlak olub, 30 mindən çox
insan yaralanıb”, – deyə o bildirib.

Nazir baş verənləri ölkə tarixində bütün əvvəlki dövrlərdə baş
vermiş əsl fəlakət adlandırdı.