Bakı. Trend:
Venesuelada Kolumbiya hökumətinin nümayəndələri ilə üsyançı
“Milli Azadlıq Ordusu” qruplaşması arasında sülh danışıqlarının
növbəti mərhələsi başlayıb.
Trend-in məlumatına görə, bu barədə Vera Qrabenin başçılıq
etdiyi Kolumbiyalı nümayəndə heyəti öz “X” səhifəsində
bildirib.
“Dünən [şənbə günü] iki nümayəndə heyəti Karakasda sülh
danışıqlarına başlayıb. Bu gün hökumət nümayəndə heyəti öz işini
davam etdirir”, – deyə qeyd olunub. Danışıqların növbəti mərhələsi
aprelin 22-dək davam edəcək.




























