Advertisement

Macarıstan XİN rəhbəri Lavrovla İran və İsrail arasındakı münaqişəni müzakirə edib

Bakı. Trend:

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri
Peter Siyarto Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən olan
həmkarları Sergey Lavrov və Şeyx Abdullah bin Zayed Əl Nəhyan ilə
telefonla İsrail və İran arasındakı silahlı münaqişəni müzakirə
edib.

Trend-in məlumatına görə, bu barədə P.Siyarto öz “Facebook”
səhifəsində yazıb.

“Mən hər iki həmkarıma dedim ki, Macarıstan ümid edir ki,
vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün hələ də şans var.
Amma bu, o zaman mümkün olacaq ki, dünya siyasətinin bütün əsas
oyunçuları qarşıdakı dövrdə məsuliyyətli davransınlar”, – deyə o
bildirib.