
Bakı. Trend:
Mexikoda helikopterin qəzaya uğraması nəticəsində azı 3 nəfər
həlak olub.
Trend-in
məlumatına görə, bu barədə Meksika paytaxtının İctimai
Təhlükəsizlik Katibliyinin rəhbəri Pablo Vaskes Kamaço məlumat
verib.
“Hazırda üç nəfərin öldüyü təsdiqlənib. Əhali və yaxınlıqdakı
evlər təhlükəyə məruz qalmayıb”, – deyə o bildirib.
Mexiko şəhər prokurorluğu helikopterin qəzaya uğrama şəraiti ilə
bağlı araşdırmaya başlayıb.

























