Advertisement

Bakıda maşından oğurluq edildi – Trend.Az

Bakı. Trend:

Bakıda maşından oğurluq edilib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, Nəsimi rayonu ərazisində “Changan” markalı
avtomobildən içərisində 1500 manat, bank kartı və sənədlər olan
pulqabının oğurlanması barədə polisə məlumat daxil olub.

Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının
keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Kənan
Həsənov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.