Advertisement

İran regionda gərginliyi artırmaq niyyətində deyil – Rəsmi Tehran

Bakı. Trend:

İran regionda gərginliyi artırmaq niyyətində deyil, beynəlxalq
qanunlar və normalara sadiqdir.

Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin
mətbuat katibi Nasir Kənani bu gün (15 aprel) Tehranda keçirilən
mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İranın İsrailə hücumu zəruri və münasib
idi, hərbi obyektlər hədəf alındı.

Kənani əlavə edib ki, İranın İsrailin bəzi hərbi məqsədlərinə
hücumu BMT əsasnaməsinin 51-ci maddəsində qeyd olunan qanuni
müdafiənin tətbiq olunması və İsrailin İranın diplomatik
missiyasına hücumuna cavab olaraq həyata keçirilib.

“Ölkələr, o cümlədən, ABŞ-nin İranın məntiqli və məsuliyyətli
reaksiyasını və regionun təhlükəsizliyi və stabilliyinin
qorunmasını diqqət mərkəzində saxlayacaqları gözlənilir”, – deyə o
qeyd edib.

Xatırladaq ki, 1 apreldə İsrail HHQ-nin Suriya paytaxtı Dəməşqin
Mezze məhəlləsini vurması nəticəsində 13 nəfər, o cümlədən, İran
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livan üzrə
komandanı, general Məhəmməd Rza Zahedi və onun müavini Məhəmməd
Hacı Rəhimi ölüb. 14 apreldə isə İran buna cavab olaraq İsrailə
onlarla raket və PUA atdığını təsdiqləyib.