Advertisement

Azərbaycanın sülh səylərinə Ermənistanın qarşılıq göstərilməsi vacibdir – Nazir

Bakı. Trend:

Azərbaycan bölgədə sülh və quruculuq istiqamətində səylərinə
Ermənistan tərəfindən qarşılıq göstərilməsi vacibdir.

Trend xəbər verir ki, bunu Özbəkistan Respublikasına işgüzar
səfəri çərçivəsində Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ilə Mərkəzi
Asiya ölkələri arasında Strateji Dialoqun ikinci nazirlər iclasında
çıxışında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan
azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq
işləri, mina təhlükəsi, habelə Azərbaycan və Ermənistan arasında
normallaşma prosesinin gedişatı barədə ətraflı məlumat verib.

Ceyhun Bayramov, həmçinin, Ermənistanın 30 ilə yaxın işğalı
dövründə ölkəmizin mövqeyini dəstəkləyən, habelə postmünaqişə
dövründə aparılan quruculuq işləri və minatəmizləmə fəaliyyətinə
töhfə verən bütün tərəfdaşlara təşəkkür ifadə edib.