Advertisement

Aqrar sığorta sahəsinin hesabatlılığında tələblərə əməl edilməyib

Bakı. Trend:

Aqrar sığorta sahəsinin hesabatlılığında qanunvericiliyin
tələblərinə əməl edilməyib.

Trend xəbər verir ki, bu barədə Hesablama Palatasının “Dövlət
auditi” rüblük məlumat bülleteninin 2024-cü il üçün 1-ci nömrəsində
qeyd edilib.

“Auditlə toplanmış sübutlar auditlə əhatə olunan dövrdə istər
Aqrar Sığorta Fondu, istərsə də İdarəedici Qurum tərəfindən sığorta
fəaliyyətinin hesabatlılığını tənzimləyən hüquqi aktların
tələblərinə əməl edilməyərək məcmu kapitalın (sığortaçının maliyyə
sabitliyinin və ödəmə qabiliyyətinin təmin edilməsi üçün lazım olan
vəsaitin mövcud məbləğinin) hesablanmasının təmin edilmədiyini
göstərmişdir ki, bu da aqrar sığorta üzrə sığortaçının maliyyə
sabitliyinin və ödəmə qabiliyyətinin qiymətləndirilməməsi
deməkdir”, – deyə nömrədə qeyd olunub.