Advertisement

Türkiyədə Müdafiə və Aviasiyada Əməkdaşlıq Günləri keçiriləcək

Bakı. Trend:

17-19 aprel tarixlərində Ankarada Müdafiə və Aviasiyada Sənaye
Əməkdaşlıq Günləri (ICDDA) keçiriləcək.

Trend TurkicWorld-ə istinadən xəbər verir ki, Türksat
şirkətinin kommunikasiya dəstəyi ilə ATO Congresium-da keçiriləcək
beynəlxalq tədbir Müdafiə Sənayesi İdarəsi, Milli Müdafiə və
Ticarət nazirliklərinin dəstəyi və OSTİM Müdafiə və Aviasiya
Klaster Dərnəyinin təşkilatçılığı ilə baş tutacaq.

Tədbir istehsalçılar və alıcılar üçün təchizat zənciri yönümlü
əməkdaşlıq etmək və biznes imkanlarını üçün vacibdir.

Müdafiə və Aviasiyada Sənaye Əməkdaşlığı Günlərində bir çox
ölkənin Türkiyədəki səfirləri, hərbi və ticarət attaşeləri, dövlət
rəsmiləri və şirkət nümayəndələri iştirak edəcək.