Advertisement

ABŞ Ukraynaya silah tədarükü üçün yeni müqavilələr bağlamağa hazırlaşır

Bakı. Trend:

ABŞ Ukraynaya silah və texnikanın tədarükü üçün Amerika
şirkətlər ilə 6 milyard dollarlıq müqavilə bağlamağa
hazırlaşır.

Trend-in
məlumatına görə, bu barədə “Politico” qəzeti iki ABŞ rəsmisinə
istinadən bildirib.

Onların sözlərinə görə, beləliklə, Amerika administrasiyası
Kiyev üçün ən böyük yardım paketlərindən birinə “son nöqtələri”
qoyur. Mənbələrin bildirdiyinə görə, bura “Patriot” hava hücumundan
müdafiə sistemləri, artilleriya mərmiləri, pilotsuz uçuş
aparatları, PUA əleyhinə vasitələr və “hava-hava” raketləri
daxildir.

Qeyd olunub ki, müqavilələrin bağlanması üçün vəsait ABŞ
Konqresinin Kiyevə yardım üçün ayırdığı 61 milyard dollardan
ayrılacaq. Nəşr vurğulayıb ki, sözügedən silahlar böyük ehtimalla
Ukraynaya yalnız bir neçə ildən sonra gələcək.