
Bakı. Trend:
İrandan kosmosa peyklərin buraxılması üçün yeni raketin
hazırlanması tamamlanmaq üzrədir.
Trend xəbər verir
ki, bu barədə İran Müdafiə Nazirliyinin kosmik qrupunun rəsmi
nümayəndəsi Seyid Əhməd Hüseyni bildirib.
Yeni reaktiv daşıyıcının adı Sarirdir. Bir ton yarım çəkisi olan
bu raket 36 min kilometr yüksəklikdə orbitə altı və ya yeddi peyk
çıxarmaq gücündədir.
Sarir raketi faydalı yükü orbitə çatdıra bilən ilk İran raketi
olacaq.
Raket daşıyıcısının hazırlanmasına 2023-cü ildə başlanılıb.





























