Advertisement

İƏT Azərbaycanın turizm sahəsində məqsədlərin təşviqinə sadiqliyini yüksək qiymətləndirir – Baş katib

Bakı. Trend:

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycanın təşkilatın
turizm sahəsində məqsədlərin təşviqinə sadiqliyini yüksək
qiymətləndirir.

Trend xəbər
verir ki, bu barədə İƏT-in baş katibi Xusrav Noziri Bakıda
keçirilən İƏT-ə üzv ölkələrin turoperatorlarının 1-ci forumunda
deyib.

“Azərbaycan hökuməti turizmin inkişafı üçün az səy göstərməyib.
Turistlərin bu “Odlar Yurdu”na artmaqda olan axını bundan xəbər
verir. Azərbaycanın İƏT-in turizm sahəsində məqsədlərin təşviqinə
sadiqliyini yüksək qiymətləndiririk. İƏT olaraq hər bir üzv
dövlətin turizmin inkişafı üzrə hədəflərini dəstəkləməyə, əvvəlki
kimi, sadiqik və bu istiqamətdə səylərimizi davam etdirəcəyik.

Qeyd edək ki, İƏT üzv ölkələr arasında iqtisadi, texniki və
mədəni əməkdaşlığı inkişaf etdirmək üçün 1985-ci ildə İran,
Pakistan və Türkiyə tərəfindən yaradılmış hökumətlərarası regional
təşkilatdır.

1992-ci ildə təşkilat 7 yeni üzvün – Əfqanıstan, Azərbaycan,
Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın
da daxil olması ilə daha da genişlənib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun