Küveytin Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, ölkənin hava hücumundan müdafiə sistemləri əmirliyin səmasında düşmən hədəfləri zərərsizləşdirib.
Bəyanata görə, hava hücumundan müdafiə qüvvələri pilotsuz uçuş aparatlarının hücumlarını dəf edib və əməliyyatlar zamanı ərazidə partlayış səsləri eşidilib.
Baş Qərargah qeyd edib ki, pilotsuz uçuş aparatları İrandan buraxılıb.
Rəsmi açıqlamada müdafiə qüvvələrinin fəaliyyətinin davam etdiyi və əməliyyatlar çərçivəsində hədəflərin zərərsizləşdirildiyi vurğulanıb.
Mənbə: az.trend.az
