Elçin Zahid oğlu Məmmədov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Qapalı Səhmdar Cəmiyyətinin icraçı direktoru təyin edilib. Bu barədə qurumun mətbuat xidməti məlumat verib.
Regional Su Meliorasiya QSC-nin Müşahidə Şurasının ilk iclası keçirilib və iclasda publik hüquqi şəxsdən QSC-yə çevrilmə prosesinin qaydalara uyğun şəkildə icra olunduğu bildirilib.
İclasda yeni statusun regionların su təchizatının idarə olunmasında daha effektiv nəticələr verə biləcəyi müzakirə olunub.
Eyni iclasda Regional Su Meliorasiya Xidmətinin publik hüquqi şəxsin keçmiş sədri Zakir Bəybala oğlu Quliyevin ADSEA sədrinin əmrinə əsasən Agentlik sədrinin müşaviri təyin olunduğu qeyd edilib.
Mənbə: az.trend.az
