Advertisement

Qəzzada ölənlərin sayı 27 365-ə çatıb

Bakı. Trend:

Oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi
başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 27 365 nəfərə
çatıb.

Trend-in
məlumatına görə, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat
yayıb.

Məlumata görə, daha 66 630 nəfər xəsarət alıb.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə
Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha
sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil
olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin
müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi
çağırışını elan edib.